Xəbərlər


"Neftçi İdman Klubu"nun iki futbolçusu milli komandaya dəvət olunub

"Neftçi İdman Klubu”nun uşaq futbol komandaları AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə bütün liqalarda təmsil olunur.
Sevindirici haldır ki, bugünlərdə iki futbolçumuz on yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına dəvət alıb. Bunlar Fərid Şahhüseynli və  Mehdi Haşumovdur.
Qeyd edək ki, on yeddi yaşadək futbolçulardan ibarət  yığmamız martın 21-dən 23-dək Bakı şəhərində təlim-məşq toplanışında olacaq və daha sonra U-17 Malta milli komandası ilə iki yoldaşlıq oyunu keçirmək məqsədilə bu ölkəyə yollanacaq. Millimizin Malta səfəri martın 29-dək davam edəcək.