Xəbərlər


U-16 komandamız "Keşlə"yə qalib gəlib

On altı yaşlılardan ibarət futbolçular arasında XX turun oyunları keçirilib.
"Neftçi İdman Klubu"nun komandası bu turda "Keşlə"nin qonağı olub. "ASK Arena"nın dördüncü meydançasında təşkil olunan qarşılaşma təmsilçimizin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın vurduğu qollardan ikisinə Fərid Şahhüseynli, digərinə isə Vladimir Tsaryov imza atıb.