Xəbərlər


"Neftçi İdman Klubu"nun cüdo üzrə açıq birinciliyinə start verildi

Bu gün 2008-2010-cu il təvəllüdlü yeniyetmələr arasında "Neftçi İdman Klubu”nun cüdo üzrə açıq birinciliyinə start verilib. 5 Mart -  Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş yarış Lökbatan qəsəbəsindəki  Qaradağ Təlim-İdman Bazasında keçirilir.
Turnirdə 10 çəki dərəcəsi üzrə 159 yeniyetmə cüdoçu medallar uğrunda mübarizəyə qoşulub.
Yarışın keçirilməsində məqsəd klubun idman qurğularında fəaliyyət göstərən cüdo bölmələrində aparılan məşqlərin və kiçik yaşlı yeniyetmə cüdoçuların hazırlıq səviyyəsini yoxlamaq, eləcə də  bu yaş qrupu üzrə qarşıdan gələn Bakı və respublika birinciliklərində klubu təmsil edəcək yığma komandanın heyətini müəyyən etməkdir.
Qeyd edək ki, yarışın gedişatını www.ippon.az saytında protokollardan canlı izləmək mümkündür.
"Neftçi İdman Klubu"nun cüdo üzrə açıq birinciliyinə start verildi"Neftçi İdman Klubu"nun cüdo üzrə açıq birinciliyinə start verildi"Neftçi İdman Klubu"nun cüdo üzrə açıq birinciliyinə start verildi
"Neftçi İdman Klubu"nun cüdo üzrə açıq birinciliyinə start verildi
"Neftçi İdman Klubu"nun cüdo üzrə açıq birinciliyinə start verildi
"Neftçi İdman Klubu"nun cüdo üzrə açıq birinciliyinə start verildi