"Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə neft, qaz və kimya sənayesinin xanım işçiləri arasında 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş voleybol turniri keçirilib. Dörd gün davam edən yarış "Məşəl” İdman Kompleksinin voleybol zalında təşkil olunub.
Dairəvi sistemlə keçirilən turnirin qalibi "Heydər Əliyev adına Neft Emalı Zavodu-1” komandası olub. Sosial İnkişaf İdarəsi ikinci, "Heydər Əliyev adına Neft Emalı Zavodu-2” komandası isə üçüncü yeri tutub.
Qalib və mükafatçı komandaların üzvlərinə "Neftçi İdman Klubu” tərəfindən diplom və qiymətli xatirə hədiyyələri təqdim olunub.