Xəbərlər


"Neftçi İdman Klubu"nun cüdo üzrə açıq birinciliyi keçiriləcək

5-6 mart tarixlərində  2008-2010-cu il təvəllüdlü yeniyetmələr arasında "Neftçi İdman Klubu”nun cüdo üzrə açıq birinciliyi keçiriləcək.  5 Mart -  Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş yarış Qaradağ Təlim-İdman Bazasında təşkil olunacaq.
Yarışın keçirilməsində məqsəd klubun idman qurğularında fəaliyyət göstərən cüdo bölmələrində aparılan məşqlərin və kiçik yaşlı yeniyetmə cüdoçuların hazırlıq səviyyəsini yoxlamaq, eləcə də  bu yaş qrupu üzrə qarşıdan gələn Bakı və respublika birinciliklərində klubu təmsil edəcək yığma komandanın heyətini müəyyən etməkdir.
Qeyd edək ki, yarışın gedişatını www.ippon.az saytında protokollardan canlı izləmək mümkün olacaq.