Xəbərlər


Yeniyetmə sərbəst güləşçilərimiz paytaxt birinciliyində

On yeddi yaşadək yeniyetmə sərbəst güləşçilər arasında keçirilən Bakı birinciliyinə yekun vurulub. Şağan Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 247 idmançı medallar uğrunda mübarizə aparıb.
"Neftçi İdman Klubu”nun təmsilçiləri paytaxt birinciliyinin 7 medalına (2 qızıl, 2 gümüş, 3 bürünc) yiyələniblər.
Güləşçilərimizdən 60 kiloqram çəkidə çıxış edən Ağa Qasımov və Vasif Xudiyev (71 kq) bütün görüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Klubun digər yetirmələri -  Hacı Kərimli (51 kq), Elman Məmmədov (55 kq) gümüş, Mirnicat Seyidov (45 kq), Omar Gülməmmədov (71 kq) və Abdulla Şərif (80 kq) isə bürünc medala layiq görülüblər.