Xəbərlər


“Qaradağ Lökbatan” qələbə qazanıb

Birinci Divizionda XVI turun oyunlarına start verilib.
"Qaradağ Lökbatan” bu turda "Neftçi-2” komandası ilə üz-üzə gəlib. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirilən matç komandamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Futbolçularımızdan 23-cü dəqiqədə Sərxan Abdullayev, 84-cü dəqiqədə isə Elnur Cəfərov adını tabloya yazdırıb.
Qeyd edək ki,  hazırda 32 xala sahib olan "Qaradağ Lökbatan” turnir cədvəlinin lideridir.