Xəbərlər


Gənc cüdoçularımız ölkə birinciliyinin qalibi olublar

Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsindəki "Xilasedici” İdman-Sağlamlıq Mərkəzində gənc cüdoçular arasında keçirilən respublika birinciliyinə yekun vurulub.
"Neftçi İdman Klubu”nun yetirmələri yarışda uğurla çıxış ediblər və 13 medala (3 qızıl, 4 gümüş, 6 bürünc) sahib olublar. Gənc cüdoçularımızdan Məhərrəm Mirzəyev (55 kq), Nihad Şıxəlizadə (90 kq) və Könül Əliyeva (48 kq) bütün rəqiblərini məğlub edərək Azərbaycan çempionu titulunu qazanıblar. Digər idmançılarımız – Nurlan Kərimli (60 kq), Nahid İsmayılov (73 kq), İsmayıl Zamanov (81 kq), Qönçə Cəfərli (+78 kq) gümüş, Qadir Hüseynov (73 kq), Murad Əlizadə (81 kq), Məhəmməd Məmmədzadə, Səid Orucov (hər ikisi +100 kq), Mələkxanım Məmmədova (52 kq) və Lətifə Abbasova (57 kq) isə bürünc medala layiq görülüblər.
Yarışın yekun nəticəsinə görə, "Neftçi İdman Klubu” ümumi komanda hesabında birinci yeri tutub. 
Qeyd edək ki, ölkə birinciliyində 242 idmançı (220 oğlan, 22 qız) qalib adı uğrunda mübarizə aparıb.