Xəbərlər


Yunan-Roma güləşçilərimiz İstanbulda 3 medal əldə ediblər

İstanbulda güləş üzrə Yaşar Doğu-Vehbi Əmrə-Hamit Kaplanın xatirəsinə həsr olunmuş reytinq turniri sona yetib.
"Neftçi İdman Klubu”nun yunan-Roma güləşçiləri yarışın 3 medalına (1 gümüş, 2 bürünc) yiyələniblər.
Pəhləvanlarımızdan milli komandamızın üzvü, 77 kiloqram çəki dərəcəsində mübarizə aparan Sənan Süleymanov yalnız həlledici final görüşündə türkiyəli həmkarına minimal fərqlə məğlub olub və gümüş medala layiq görülüb. Digər güləşçilərimiz Taleh Məmmədov (63 kq) və Tuncay Vəzirzadə (82 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıblar.
Qeyd edək ki, yarışı 1 qızıl, 2 gümüş, 3 bürünc medalla başa vuran yunan-Roma güləşi üzrə yığmamız 127 xal toplayıb və komanda hesabında üçüncü yeri tutub.