Xəbərlər


Futzalçılarımız "U-19" komandasına qalib gəliblər

Bu gün Yüksək Liqada XIII turun oyunları keçirilir. 
"Neftçi İdman Klubu” bu tur çərçivəsində "U-19” komandası ilə qarşılaşıb. Bakı İdman Sarayında baş tutan matç gərgin mübarizə  şəraitində keçib. Oyun futzalçılarımızın  5:2 hesablı qələbəsi ilə başa çatıb.  Təmsilçimizin heyətində Hasan Ali Jafari (2:04;  6:11), Vahid Xocayev(14:04), Oruc Baxşəlizadə (15:17) və Omid Talebi (39:15) adlarını tabloya yazdırıblar. 
Qeyd edək ki, hazırda futzal komandamız turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.
Futzalçılarımız "U-19" komandasına qalib gəliblərFutzalçılarımız "U-19" komandasına qalib gəliblərFutzalçılarımız "U-19" komandasına qalib gəliblər