Xəbərlər


Futzal komandamız Azərbaycan kubokunda dörddəbir finala yüksəlib

Badamlı Azərbaycan kubokunda səkkizdəbir final mərhələsinin oyunları keçirilib. 
 "Neftçi İdman Klubu” bu mərhələdə "Atletiko Baku” komandası ilə qarşılaşıb. Bakı İdman Sarayında təşkil olunan matçda futzalçılarımız 4:3 hesabı ilə qalib gəliblər. Təmsilçimizin heyətində Oruc Baxşəlizadə, Omid Talebi, Rüfət Balakişiyev və Fərid Atakişiyev fərqləniblər.
 Əldə etdiyi qələbə sayəsində komandamız Azərbaycan kubokunun dörddəbir final mərhələsinə vəsiqə qazanıb.