Xəbərlər


Güllə atıcılarımız Bakı çempionatında 2 medal əldə ediblər

Güllə atıcılığı üzrə keçirilən paytaxt  çempionatı sona yetib. 
Bakı Atıcılıq Mərkəzində təşkil olunan yarışda "Neftçi İdman Klubu"nun təmsilçiləri iki medala sahib olublar. Kişilər arasında pnevmatik tapançadan (PTÇ-3) 10 metr məsafəyə atəşaçma yarışında Vladislav Kalmıkov 567 xal toplayaraq çempionatın qalibi olub. Digər idmançımız Elvin Astanov isə 566 xalla turnirin gümüş medalına layiq görülüb.