Xəbərlər


Eltac Səfərli onlayn “Titled Tuesday Blitz” turnirində ikinci olub

"Neftçi İdman Klubu”nun şahmatçısı Eltac Səfərli onlayn "Titled Tuesday Blitz” turnirində mübarizə aparıb. Yarışda uğurla çıxış edən təmsilçimiz 11 turdan 9,5 xal toplayıb. Eltac Səfərli bu nəticə ilə ikinci pillədə qərar tutub. Onunla eyni xalı toplayan rusiyalı Vladimir Fedoseyev əlavə göstəricilərə görə turnirin qalibi olub.