Xəbərlər


Voleybol komandamız birinci dövrəni qələbə ilə başa vurdu

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında  V turun oyunları keçirilir.
 Meydana yeni forma ilə çıxan "Neftçi İdman Klubu" bu turda "Sərhədçi” komandası ilə qarşılaşıb. "Murov" Voleybol Klubunun zalında gerçəkləşən görüşdə daha üstün  oyun sərgiləyən   Elçin Orucovun yetirmələri rəqibə 3:0  (25:17, 25:18, 25:11) hesabı ilə qalib gəliblər.
 Qeyd edək ki, birinci dövrəni qələbə ilə başa vuran komandamız  xallarının sayını 9-a yüksəldib və turnir cədvəlində liderliyini davam etdirir.
Voleybol komandamız birinci dövrəni qələbə ilə başa vurduVoleybol komandamız birinci dövrəni qələbə ilə başa vurduVoleybol komandamız birinci dövrəni qələbə ilə başa vurdu
Voleybol komandamız birinci dövrəni qələbə ilə başa vurdu