Xəbərlər


Uşanqi Kokauri və Məmmədəli Mehdiyev dünya reytinq cədvəlində irəliləyiblər

Fransanın paytaxtı Parisdə keçirilən "Böyük dəbilqə” turnirindən sonra cüdoçuların dünya reytinq cədvəli açıqlanıb.
"Neftçi İdman Klubu”nun iki cüdoçusu yeni siyahıda xeyli irəliləyib. Mötəbər yarışda gümüş medal qazanan Uşanqi Kokauri (+100 kq) 4 pillə irəliləyərək 12-ci yerə yüksəlib (2376 xal). Turnirdə eyni uğura imza atan  digər cüdoçumuz Məmmədəli Mehdiyev (90 kq) isə 1 pillə irəliləyib. İdmançımız 3920 xalla 5-ci sırada qərarlaşıb. İlk onluqda yer alan cüdoçularımızdan Orxan Səfərov (66 kq, 3280 xal, 6-cı yer) və Zelim Kotsoyevin (100 kq, 3092 xal, 9-cu yer), ilk iyirmilikdə yer alan təmsilçilərimizdən isə Hidayət Heydərovun (73 kq, 2580 xal, 11-ci yer) mövqeyi dəyişməz qalıb. Murad Fətiyev (81 kq, 2384 xal, 13-cü yer) 1, İrina Kindzerska (+78 kq, 2570 xal, 14-cü yer) və Rüstəm Orucov (73 kq, 2412 xal, 14-cü yer) isə hərəyə 2 pillə geriləyiblər.