Xəbərlər


"Böyük dəbilqə"dən daha bir medal

"Neftçi İdman Klubu"nun yeni üzvü, 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən cüdoçumuz Uşangi Kokauri də Paris "Böyük dəbilqə"sində  uğurla çıxış edib. İdmançımız monakolu Marvin Qado, fransalı Emre Sanal və Cənubi Koreya təmsilçisi Kim Min Çon ilə görüşlərdən qalib ayrılıb və finala vəsiqəni təmin edib. Həlledici qarşılaşmada monqolustanlı  Tsetsencel Odxuu ilə görüşdən məğlub ayrılan Kokauri gümüş medala sahib olub.
Qeyd edək ki, klubun digər yetirməsi Məmmədəli Mehdiyev (90 kq) də az öncə  eyni uğura imza atmışdı.
Sevindirici haldır ki, "Neftçi İdman Klubu"nun cüdoçularının  qazandığı iki gümüş medal sayəsində Azərbaycan millisi ümumkomanda hesabinda 7-ci pillədə qərarlaşıb.