Xəbərlər


Nazim Babayev Almaniyadan gümüş medalla dönür

"Neftçi İdman Klubu"nun atleti Nazim Babayev Almaniyanın Karlsrue şəhərində keçirilən "World Indoor Tour" (Gold Level) turnirində gümüş medala sahib olub. Üçtəkanla tullanma növündə mübarizə aparan idmançımız 16,76 metr nəticə göstərərək bu uğura nail olub.
Fəxri kürsünün ikinci pilləsinə qalxan Nazim Babayev qələbəsini anlamlı jestlə qeyd edib. O, Vətən müharibəsində şəhid olmuş hərbçilərin sayını, həmçinin Milli Qəhrəmanlar Mübariz İbrahimovla Polad Həşimovun adlarının yazıldığı kağızı əlində tutaraq qalibiyyəti onlara həst etdiyini göstərib.