Xəbərlər


Pankrationçumuz dünya çempionu oldu

Türkiyənin Alanya şəhərində pankration və MMA idman növləri üzrə dünya çempionatı keçirilib.

"Neftçi İdman Klubu”nun çempionatda təmsil olunan yetirmələrindən Əsgər Əsgərov (57 kq) pankration yarışlarında bütün döyüşləri qələbə ilə başa vuraraq dünya çempionu adını qazanıb. Klubun digər idmançısı, 62 kq çəki dərəcəsində mübarizə aparan Ehtiram Dərişov pankration növündə fəxri kürsünün 2-ci, MMA yarışlarında isə 3-cü pilləsində yer alıb.