Xəbərlər

“Neftçi İdman Klubu”nun futzal komandasında köklü dəyişikliklər edilib

"Neftçi İdman Klubu”nun Yüksək Liqada çıxış edən futzal komandası qış fasiləsində məşqlərini davam etdirir. Bu gün komandamız EKOL-la yoldaşlıq oyunu keçirib. "Olimpik Star” İdman və Əyləncə Mərkəzində baş tutan qarşılaşmada futzalçılarımız baxımlı oyun nümayiş etdiriblər. Komandamıza yeni baş məşqçinin təyin edilməsinə və heyətə yeni oyunçuların cəlb olunmasına rəğmən, sərgilənən oyunun zövqoxşayan olması böyük maraqla qarşılanıb.

Baş məşqçi Elşad Quliyev oyundan sonra bunları söyləyib: "Mənə göstərilən böyük etimada görə klubun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqova dərin minnətdarlığımı bildirirəm. Bütün gücümlə çalışacağam ki, mənə göstərilən etimadı və bəslənilən ümidi doğruldum. Komandaya yeni, gənc oyunçular cəlb etmişik. Qarşımıza iddialı bir komanda yaratmaq məqsədi qoymuşuq. Hədəfimiz tezliklə ilk üçlüyə düşmək, ardınca isə çempionluğa oynamaqdır. Sadıq müəllimin bir rəhbər kimi futzala xüsusi qaygı göstərməsi bizi sevindirir və qarşıya qoyduğumuz məqsədlərə çatacağımıza böyük inam yaradır”.

Qeyd edək ki, bugünlərdə futzal komandasını daha da inkişaf etdirmək və onu Yüksək Liqanın iddialıları səviyyəsinə qaldırmaq məqsədilə "Neftçi İdman Klubu” idarəetmə aparatının rəhbəri Sadıq Sadıqovun göstərişi ilə komandada köklü dəyişikliklər edilib. Belə ki, komandanın meneceri Ruslan Hüseynov vəzifəsindən azad olunub və başqa işə keçirilib. Bundan sonra o, uşaq futbolu sahəsində fəaliyyətini davam etdirəcək. Elşad Quliyev isə komandaya baş məşqçi təyin edilib. O, bu postda həmkarı İlqar Aslanovu əvəzləyib. Bundan əlavə, ilkin olaraq turnir cədvəlində ilk üçlüyə düşməyi, daha sonra isə çempionluğa oynamağı hədəfləyən komandaya yeni, gənc və perspektivli futzalçılar da cəlb olunub.

“Neftçi İdman Klubu”nun futzal komandasında köklü dəyişikliklər edilib“Neftçi İdman Klubu”nun futzal komandasında köklü dəyişikliklər edilib“Neftçi İdman Klubu”nun futzal komandasında köklü dəyişikliklər edilib