Xəbərlər


Samboçularımız respublika çempionatı və birinciliyində uğurla çıxış ediblər

Bakı İdman Sarayında keçirilən sambo üzrə Azərbaycan çempionatı və birinciliyinə yekun vurulub.

Yeniyetmələr, gənclər və böyüklər arasında təşkil olunan yarışda "Neftçi İdman Klubu”nun yetirmələri də bacarıqlarını nümayiş etdiriblər. Samboçularımızdan Rəsul Hüseynzadə (53 kq), Mircəlal Əhmədov və Şamil Mirzəyev (hər ikisi 88 kq) yeniyetmələrin mübarizəsində bürünc medala layiq görülüblər.

Gənclər arasında keçirilən yarışda Rəvan Rüstəmli (58 kq), Adil Adilzadə (79 kq) və Məhəmməd Məmmədzadə (+98 kq) bütün qarşılaşmalardan qalib ayrılıblar və Azərbaycan çempionu tituluna sahib olublar. Etibar Xankişiyev (79 kq) 2-ci, Heybət Quliyev (98 kq) və Səfa Quliyev (+98 kq) isə 3-cü yeri tutublar.

Böyüklər arasında təşkil olunan çempionatda klubumuzun idmançılarından Emil Həsənov (71 kq), Ceyhun Hüseynov (88 kq) və Şahin Qəhrəmanov (+98 kq) məğlubiyyət tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Tural Allahverdiyev (64 kq), Kamran Qasımov (71 kq), Bahadur Əsgərov (88 kq) gümüş, Elmin Hüseynov (58 kq), Burxan Atakov və Qurban Məmmədli (hər ikisi +98 kq) isə bürünc medala yiyələniblər.