Xəbərlər


Yeniyetmə cüdoçularımız ölkə birinciliyini 10 medalla başa vurublar

Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsindəki "Xilasedici" İdman-Sağlamlıq Mərkəzində 18 yaşadək yeniyetmələr arasında keçirilən cüdo üzrə Azərbaycan birinciliyi sona yetib. Yarışda paytaxt və bölgələrdən 514 idmançı (439 oğlan, 75 qız) qalib adı uğrunda mübarizə aparıb.

"Neftçi İdman Klubu”nun yetirmələri turnirdə uğurla çıxış ediblər və ölkə birinciliyinin 10 medalına (2 qızıl, 4 gümüş, 4 bürünc) sahib olublar.

Cüdoçularımızdan Camal Baqişov (81 kq) və Nigar Süleymanova (+70 kq) rəqib tanımayaraq fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Fariz Allahverdiyev (60 kq), Eldar İbrahimov (81 kq) Leyla Atayeva (63 kq) və Firuzə Hacıverdiyeva (+90 kq) yalnız həlledici final qarşılaşmasında məğlub olublar və gümüş medala layiq görülüblər. Digər təmsilçilərimiz – Nicat Sultanov (66 kq), Nahid Tarquliyev 973 kq), Hüseyn Məhəmməd (90 kq) və Aysel Səfiyeva (63 kq) isə respublika birinciliyini üçüncü yerdə başa vurublar.

Qeyd edək ki, "Neftçi İdman Klubu”nun cüdoçuları ümumi komanda hesabında ikinci yeri tutublar.