Xəbərlər


Güllə atıcılarımız açıq turnirdə

Güllə atıcılığı üzrə "Spartak KBTİC” İB-nin açıq turniri keçirilib.
Bakı Atıcılıq Mərkəzində təşkil olunan yarışda "Neftçi İdman Klubu”nun təmsilçiləri də bacarıqlarını nümayiş etdiriblər.
On metr məsafəyə pnevmatik tapançadan (PTÇ-3) atəşaçma yarışında idmançılarımızdan Elvin Astanov 561 xal toplayaraq böyüklər arasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Zərif cinsin nümayəndələrinin mübarizəsində isə Fatimə Novruzova (557 xal) 2-ci yeri tutub.
Gənclər arasında keçirilən yarışda Vladislav Kalmıkov 561 xalla oğlanlar arasında liderliyə yüksəlib. Klubumuzun digər yetirməsi Xalidə Əliyeva (525 xal) isə xanım idmançıların mübarizəsində 3-cü pillədə qərarlaşıb.