Xəbərlər


U-16 komandamız qış fasiləsinə lider kimi yollandı

Aşağı yaş qruplarında AFFA-nın təşkil etdiyi liqalarda növbəti turun oyunlarına start verilib.
U-16 Liqasında XIII turun oyunları keçirilib.
"Neftçi İdman Klubu”nun on altı yaşlılardan ibarət komandası birinci dövrənin və bu ilin son turunda "Səbail"lə üz-üzə gəlib. Lökbatan qəsəbəsindəki  Qaradağ Təlim-İdman Bazasının stadionunda təşkil olunan qarşılaşmada komandamız 4:3  hesabı ilə qalib gəlib. Rəqibin qapısına vurulan qollardan ikisinə Fərid Şahüseynli imza atıb. Digər futbolçularımız - Nahid Əlizadə və Mehdi Haşımov isə hərəyə bir dəfə fərqləniblər.
Beləliklə, bu qələbə sayəsində xallarının sayını 27-yə yüksəldən Şahin Şahüseynlinin yetirmələri qış fasiləsinə turnir cədvəlinin lideri kimi yollanıblar.
U-16 komandamız qış fasiləsinə lider kimi yollandı