Xəbərlər


Parataekvondoçumuz VI Uşaq Paralimpiya İdman Oyunlarında bürünc medal qazanıb

Azərbaycan Taekvondo Federasiyasının idman zalında VI Uşaq Paralimpiya İdman Oyunlarının parataekvondo üzrə yarışları keçirilib.
Turnirdə "Neftçi İdman Klubu”nun təmsilçisi İmran Bağırov da bacarığını nümayiş etdirib. Əlli beş kiloqram çəki dərəcəsində mübarizə aparan parataekvondoçumuz VI Uşaq Paralimpiya İdman Oyunlarının bürünc medalına layiq görülüb.