Xəbərlər


Şahmatçımız İspaniyada məğlubiyyətsizlik seriyasını davam etdirir

"Neftçi İdman Klubu"nun yetirməsi Eltac Səfərli İspaniyanın Sitjes şəhərində keçirilən şahmat festivalında liderlər qrupunda mübarizəni davam etdirir. Yarışın güclü A turnirində mübarizə aparan şahmatçımız səkkiz turda 6,5 xal toplayıb. 
Xatırladaq ki, İsveçrə sistemi üzrə keçirilən turnirdə 300-ə yaxın şahmatçı iştirak edir ki, onlardan da 55-i qrossmeysterdir. Turnir 10 turdan ibarət olacaq və dekabrın 23-dək davam edəcək.