Xəbərlər


Eltac Səfərli liderlər qrupunda mövqeyini qorumaqdadır

İspaniyanın Sitjes şəhərində keçirilən şahmat festivalında "Neftçi İdman Klubu”nun təmsilçisi Eltac Səfərli mübarizəni davam etdirir. Yarışın güclü A turnirində çıxış edən şahmatçımız 6 turun nəticəsinə görə 5 xalla liderlər qrupunda mübarizə aparır.

Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən turnirdə 300-ə yaxın şahmatçı iştirak edir ki, onlardan da 55-i qrossmeysterdir. On turdan ibarət olan turnirə dekabrın 23-də yekun vurulacaq.