Xəbərlər


Arif Niftullayev dünya kubokunun gümüş medalına layiq görülüb

 

Dekabrın 17-də Rusiyanın Ufa şəhərində startı verilmiş kəmər güləşi üzrə böyüklər arasında dünya kubokuna yekun vurulub.

"Neftçi İdman Klubu”nun təmsilçisi Arif Niftullayev mötəbər yarışda uğurla çıxış edib. Belə ki, yüz kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız yalnız həlledici final qarşılaşmasında məğlubiyyət acısı yaşayıb və dünya kuboku yarışının gümüş medalına layiq görülüb.