Xəbərlər


Eltac Səfərli şahmat festivalında məğlubiyyətsiz irəliləyir

"Neftçi İdman Klubu”nun yetirməsi Eltac Səfərli İspaniyanın Sitjes şəhərində keçirilən şahmat festivalında liderlər qrupunda mübarizəni davam etdirir. Yarışın güclü A turnirində çıxış edən Eltac Səfərli növbəti – 4-cü turda heç-heçə edib. Təmsilçimizin aktivində 3 qələbə, 1 heç-heçə (3,5 xal) var.

Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən turnirdə 300-ə yaxın şahmatçı iştirak edir ki, onlardan da 55-i qrossmeysterdir. On turdan ibarət olan turnirə dekabrın 23-də yekun vurulacaq.