Xəbərlər


U-16 komandamız “Sumqayıt”ı məğlub edib

Aşağı yaş qruplarında AFFA-nın təşkil etdiyi liqalarda növbəti turun oyunları keçirilir.

U-16 Liqasında XII tura start verilib.

"Neftçi İdman Klubu”nun on altı yaşlılardan ibarət komandası bu tur çərçivəsində "Sumqayıt”ın qonağı olub. "Kapital Bank Arena”nın ehtiyat meydançasında təşkil olunan qarşılaşma komandamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunun 60-cı dəqiqəsində vurulan yeganə qola futbolçumuz Fərid Şahüseynli imza atıb.