Xəbərlər


Klubumuzun təmsilçisi şahmat festivalında liderlər qrupunda mübarizəni davam etdirir

"Neftçi İdman Klubu”nun təmsilçisi Eltac Səfərli İspaniyanın Sitjes şəhərində keçirilən şahmat festivalında liderlər qrupunda mübarizəni davam etdirir. Yarışın güclü A turnirində çıxış edən şahmatçımız 3 turdan sonra maksimum xalla (3 xal) irəliləyir.

Xatırladaq ki, İsveçrə sistemi üzrə keçirilən yarışda 300-dək şahmatçı mübarizə aparır ki, onlardan da 55-i qrossmeysterdir. Turnir 10 turdan ibarət olacaq və dekabrın 23-dək davam edəcək.