Xəbərlər


Eltac Səfərli şahmat festivalında uğurla çıxış edir

İspaniyanın Sitjes şəhərində şahmat festivalı davam edir.

"Neftçi İdman Klubu”nun təmsilçisi Eltac Səfərli yarışın güclü A turnirində mübarizə aparır. Şahmatçımız 2 turdan sonra hazırda maksimum xalla (2 xal) liderlər qrupunda yer alıb.

Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən yarışda 300-dək şahmatçı mübarizə aparır ki, onlardan da 55-i qrossmeysterdir. Turnir 10 turdan ibarət olacaq və dekabrın 23-dək davam edəcək.