Xəbərlər


“Neftçi İdman Klubu”nun baş menecerinə beynəlxalq qurumda vəzifə verilib

Beynəlxalq Görmə Məhdudiyyətli Şəxslərin İdman Assosiasiyasının (IBSA) cüdo üzrə idarə heyətinin yeni tərkibi təsdiqlənib.

Azərbaycan Milli Paralimpiya Komitəsinin cüdo idman növü üzrə nailiyyətlərini, Asiya və Avropa regionu üzrə nüfuzunu nəzərə alaraq, yeni heyətdə Avropa üzrə koordinator vəzifəsi "Neftçi İdman Klubu”nun baş meneceri Elmar Babanlıya həvalə edilib.