Xəbərlər


Kəmər güləşi üzrə Azərbaycan çempionatı keçirilib

Cəlilabad Olimpiya İdman Kompleksində təşkil olunan kəmər güləşi üzrə Azərbaycan çempionatı sona yetib.

"Neftçi İdman Klubu”nun yetirmələri yarışı 5 medalla ( 4 qızıl, 1 bürünc) başa vurublar. İdmançılarımızdan 60 kiloqram çəki dərəcəsində çıxış edən Tural Qurbanov, Cavid Zeynallı (70 kq), Arif Niftullayev (100 kq) və Hüseyn Hüseynov (90 kq) məğlubiyyət tanımayaraq ölkə çempionatının qızıl medallarına sahib olublar. Klubun digər təmsilçisi Nurlan Quluzadə (60 kq) isə fəxri kürsünün üçüncü pilləsində qərar tutub.