Xəbərlər


Sumoçularımız respublika birinciliyində yarışıblar

Cəlilabad Olimpiya İdman Kompleksində yeniyetmələr arasında sumo üzrə respublika birinciliyi keçirilib.

"Neftçi İdman Klubu”nun təmsilçiləri ölkə birinciliyinin iki medalına yiyələniblər. Sumoçularımızdan 70 kiloqram çəki dərəcəsində mübarizə aparan Cavid Zeynallı yalnız həlledici final qarşılaşmasında məğlub olub və yarışın gümüş medalına layiq görülüb. Digər idmançımız Nuhan Müzəffərov (50 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıb.