Xəbərlər


Rüstəm Orucov Avropa Çempionlar Liqasının gümüş medalını qazanıb

Fransanın paytaxtı Parisdə cüdo üzrə klublar arasında Avropa Çempionlar Liqası turniri keçirilib.

Mötəbər yarışda "Neftçi İdman Klubu”nun təmsilçisi Rüstəm Orucov (73 kq) Serbiyanın "Srvena Zvezda” klubunun heyətində gümüş medal qazanıb.

Qeyd edək ki, Rüstəm Orucov Rio Olimpiadasının və dünya çempionatının gümüş mükafatçısı, həmçinin Avropa çempionudur.