Xəbərlər


Futzal komandamızdan növbəti qələbə

Yüksək Liqada XI turun oyunları keçirilib. "Olimpik Star” İdman və Əyləncə Mərkəzində baş tutan turla həm də 2021-ci ilə yekun vurulub.

"Neftçi İdman Klubu” ilin son turunda "Record club.az” komandası ilə üz-üzə gəlib. Qarşılaşmada baxımlı oyun nümayiş etdirən futzalçılarımız rəqibi 7:1 hesabı ilə məğlubiyyətə uğradıblar. Komandamızın vurduğu qollara Kənan Manafov (19:48, 30:12), Rüfət Balakişiyev (33:38, 38:42), Oruc Baxşəlizadə (34:57), İlkin Hacıyev (39:21) və İlqar Nuruşov (39:59) imza atıb.