Xəbərlər


Güləş üzrə Azərbaycan çempionatı sona yetib

Bakı İdman Sarayında keçirilən sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı başa çatıb. Yarışın son günündə 74 kq, 79 kq, 86 kq, 92 kq, 97 kq və 125 kq-da çıxış edən sərbəst güləşçilər mübarizə aparıb.

Klubumuzun sərbəst güləşçiləri yunan-Roma güləşçilərimizin uğurunu davam etdiriblər və çempionatın 9 medalını (4 qızıl, 5 bürünc) qazanıblar. Pəhləvanlarımızdan Zirəddin Bayramov (65 kq), Turan Bayramov (74 kq), Orxan Abasov (86 kq) və Abdulcəlil Şabanov (92 kq) bütün rəqiblərini məğlub edərək ölkə çempionu olublar. İntiqam Vəlizadə, Murad Haqverdiyev (hər ikisi 61 kq), Seymur Cəbrayılov (65 kq), İslam İlyasov (97 kq) və Aydın Əhmədov (125 kq) isə çempionatı üçüncü yerdə başa vurublar.

Qeyd edək ki, "Neftçi İdman Klubu”nun sərbəst güləşçiləri ümumi komanda hesabında ikinci yerə çıxıblar.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərimiz yarışın 12 medalına (5 qızıl, 3 gümüş, 4 bürünc) sahib olublar və komanda hesabında birinci yeri tutublar.