Xəbərlər


Cüdoçularımızdan daha 3 medal

Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən "Xilasedici" İdman-Sağlamlıq Mərkəzində kişilər və qadınlar arasında cüdo üzrə Azərbaycan kuboku uğrunda keçirilən yarış davam edir. Turnirin ikinci günündə 4 çəki dərəcəsi üzrə qarşılaşmalar təşkil olunub. Qadınlar 52, 70 kiloqram, kişilər isə 66 və 90 kiloqram çəki dərəcələrində bacarıqlarını nümayiş etdiriblər.

Klubumuzun təmsilçiləri yarışın ikinci günündə daha 3 medal əldə ediblər. Cüdoçularımızdan Ülviyyə Bayramova (52 kq) qadınlar, Yaşar Nəcəfov (66 kq) və Vüqar Talıbov (90 kq) isə kişilər arasında bürünc medala yiyələniblər.

Qeyd edək ki, turnirin birinci günündə klubumuzun yetirmələrindən Balabəy Ağayev (60 kq), Aydan Vəliyeva (48 kq) qızıl, Rövşən Əliyev (60 kq) gümüş, Əhməd Yusifov (60 kq), Zelim Tçkayev (81 kq) və Ayşə Vəliyeva (48 kq) isə bürünc medal əldə ediblər.