Xəbərlər


Cüdoçularımız Azərbaycan kuboku yarışında

Bu gün kişilər və qadınlar arasında cüdo üzrə Azərbaycan kuboku yarışının startı verilib. Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən "Xilasedici" İdman-Sağlamlıq Mərkəzində təşkil olunan yarışda birinci günün qalib və mükafatçılarının adlarına aydınlıq gəlib.

"Neftçi İdman Klubu”nun təmsilçiləri turnirin ilk gününü 6 medalla ( 2 qızıl, 1 gümüş, 3 bürünc) başa vurublar.

Kişilər arasında 60 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz Balabəy Ağayev bütün rəqiblərini məğlubiyyətə uğradaraq qızıl medala sahib olub. Rövşən Əliyev (60 kq) gümüş, Əhməd Yusifov (60 kq) və Zelim Tçkayev (81 kq) isə bürünc medal əldə ediblər.

Xanım idmançıların mübarizəsində Aydan Vəliyeva 48 kiloqram çəkidə rəqib tanımayaraq liderliyə yüksəlib. Ayşə Vəliyeva isə eyni çəki dərəcəsində üçüncü yeri tutub.

Qeyd edək ki, yarışda respublikanın şəhər və rayonlarından 52 komandanın tərkibində 307  idmançı (250 kişi, 57 qadın) qalib adı uğrunda mübarizə aparır.

Üç gün davam edəcək turnirə dekabrın 9-da yekun vurulacaq.