Xəbərlər


Güləşçilərimiz Azərbaycan çempionatının ilk günündə 9 medal qazanıblar

Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatına start verilib. Milli komandalara seçim xarakteri daşıyan yarışın ilk günündə yunan-Roma güləşçiləri arasında 7 çəki dərəcəsi üzrə medalçılar müəyyənləşib.

"Neftçi İdman Klubu”nun yetirmələri çempionatda böyük əzmkarlıq nümayiş etdirərək bütün çəki dərəcələrində mükafata layiq görülüblər. Pəhləvanlarımızdan Murad Məmmədov (63 kq), Ülvi Qənizadə (72 kq) və Sənan Süleymanov (77 kq) bütün görüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız həlledici final mərhələsində məğlub olan Taleh Məmmədov (67 kq) və Xasay Həsənli (77 kq) gümüş medala yiyələniblər. Digər güləşçilərimiz – Ziyad Zeynalov (55 kq), Nihad Quluzadə (60 kq), Şirxan Quliyev (77 kq) və Tural Daşdəmirov (82 kq) isə ölkə çempionatını bürünc medalla başa vurublar.