Xəbərlər


“Qaradağ Lökbatan” liderliyini davam etdirir

Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda XI turun oyunları davam edir. "Qaradağ Lökbatan” bu tur çərçivəsində "Qəbələ-2” komandasının qonağı olub. Qəbələ şəhər stadionunun ehtiyat meydançasında təşkil olunan qarşılaşma təmsilçimizin 2:0 hesablı qələbəsi ilə sona yetib.

Matçın 7-ci dəqiqəsində Elnur Cəfərov vurduğu qolla komandamızı önə çıxarıb. İlk hissənin sonuncu dəqiqəsində isə Sabir Allahquliyev adını tabloya yazdırıb – 2:0. Fasilədən sonra qol səsi eşidilməyib. Oyun elə bu hesabla da başa çatıb.

Qeyd edək ki, xallarının sayını 25-ə çatdıran "Qaradağ Lökbatan”  komandası hazırda turnir cədvəlində liderliyini davam etdirir.