Xəbərlər


Səmti müəyyənetmə idman növü üzrə “Zəfər Kuboku” yarışı keçirilib

Dənizkənarı bulvar və İçəri şəhər ərazilərində ölkəmizin şanlı qələbəsi ilə yekunlaşmış 44 günlük Vətən müharibəsinə həsr olunan səmti müəyyənetmə üzrə "Zəfər Kuboku” yarışı keçirilib. Yeddi kateqoriya üzrə təşkil olunan yarışa 250-yə yaxın idmançı qatılıb.

"Neftçi İdman Klubu”nun təmsilçiləri də turnirdə uğurla çıxış ediblər. Onlardan Gennadiy Klim kişilər arasında elit kateqoriyada yarışın qızıl medalını qazanıb. Bu kateqoriyada digər idmançımız Elina Çerpakova isə qadınlar arasında bürünc medala sahib olub.

Klubumuzun yetirmələrindən Oqtay Xudiyev K-10 kateqoriyasında liderliyə yüksəlib. Svetlana Xudiyeva isə Q-45 kateqoriyasında  bürünc medala yiyələnib.

Qeyd edək ki, "Neftçi İdman Klubu”nun təmsilçiləri "Zəfər Kuboku"nda komanda hesabında üçüncü yeri tutublar.

Səmti müəyyənetmə idman növü üzrə “Zəfər Kuboku” yarışı keçirilibSəmti müəyyənetmə idman növü üzrə “Zəfər Kuboku” yarışı keçirilibSəmti müəyyənetmə idman növü üzrə “Zəfər Kuboku” yarışı keçirilib