Xəbərlər


“Qaradağ Lökbatan” 3 xalı 3 qolla qazandı

Birinci Divizionda X turun oyunları keçirilir. "Qaradağ Lökbatan” bu turda "Sabah-2” komandasını qəbul edib. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda təşkil olunan qarşılaşmada  komandamız 3:2 hesabı ilə qələbə qazanıb. Matçın 7-ci dəqiqəsində Sabir Allahquliyev təmsilçimizi önə çıxarıb. Rəqib 22-ci (Kamran Quliyev) və 24-cü (Fərid Kərimzadə) dəqiqələrdə vurduğu qollarla üstünlüyü ələ alıb. İkinci hissənin 58-ci dəqiqəsində futbolçumuz Həbib İsmayılov hesaba tarazlıq gətirib – 2:2. Oyunun sonuncu dəqiqəsində isə Sabir Allahquliyev yenidən fərqlənib və "Qaradağ Lökbatan”ın qələbə qoluna imza atıb – 3:2.