Xəbərlər


Güllə atıcımız Bakı çempionatında

"Neftçi İdman Klubu”nun təmsilçisi Elvin Astanov Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən güllə atıcılığı üzrə paytaxt çempionatında mükafata layiq görülüb. Bakı Atıcılıq Mərkəzində baş tutan turnirdə Elvin Astanov pnevmatik tapançadan (PTÇ-3) 10 metr məsafəyə atəşaçma yarışında 563 xal toplayaraq bürünc medal qazanıb.

Qeyd edək ki, şəhər çempionatında 30 idmançı qalib adı uğrunda mübarizə aparıb.