Xəbərlər


Güləşçimiz İslam Abbasov Fransada ermənini məğlub edib

Fransada klublararası güləş çempionatına start verilib.

İlk turda "Neftçi İdman Klubu”nun yunan-Roma güləşçisi İslam Abbasovun çıxış etdiyi "Şiltgem" komandası "Mets"lə üz-üzə gəlib.

Səksən yeddi kiloqram çəki dərəcəsində mübarizə aparan pəhləvanımız iki görüş keçirib. Öncə fransalı Salamon Entoni üzərində 8:0 hesablı qələbə qazanan İslam Abbasov daha sonra erməni güləşçi Edqar Xaçatryanı 6:3 hesabı ilə məğlub edib. İdmançımızın təmsil olunduğu komanda yekunda ilk turu 7:3 hesablı qələbə ilə  başa vurub.

Qeyd edək ki, Fransa çempionatı dekabrın sonunadək davam edəcək.