Xəbərlər


Kikboksçularımız 7 medal qazanıblar

Hövsan Olimpiya İdman Kompleksində şəhidlərin xatirəsinə həsr olunmuş kikboksinq turniri keçirilib.

Kiçikyaşlı yeniyetmələr və yeniyetmələr arasında təşkil olunan yarışda klubumuzun yetirmələri də mübarizəyə qoşulublar. Kikboksçularımızdan Mikayıl Ağalarov (2015, 26 kq), Vaqif Mərdanlı (2012, 26 kq), Rəşid Əhmədzadə (2010, 32 kq) və Əbülfəz Yaqubov (2008, 42 kq) bütün görüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Sahil Qafarov (2012, 32 kq) gümüş, Ömər Musayev (2014, 22 kq) və Amin Musayev (2009, 36 kq) isə bürünc medala layiq görülüblər.