Xəbərlər


"Qaradağ Lökbatan" növbəti 3 xalını qazanıb

Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda VIII turun oyunları keçirilir. "Qaradağ Lökbatan” bu tur çərçivəsində MOİK  komandasını qəbul edib. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda təşkil olunan oyunda  komandamız 1:0 hesabı ilə qalib gəlib.   Qarşılaşmanın 40-cı dəqiqəsində vurulan yeganə qola futbolçumuz Sabir Allahquliyev imza atıb.
Bu qələbə sayəsində  "Qaradağ Lökbatan" turnir cədvəlində liderliyə yüksəlib.