Xəbərlər


Futzal komandamız "Xilə"ni məğlub edib

Bu gün futzal üzrə Yüksək Liqada VII turun oyunları keçirilib. 
 Bu tur çərçivəsində  "Neftçi İdman Klubu" "Xilə" komandası ilə üz-üzə gəlib. Bakı İdman Sarayında təşkil olunan qarşılaşma komandamızın 6:1 hesablı qələbəsi ilə başa çatıb. Futzalçılarımızdan  Rüfət Balakişiyev və İlkin Hacıyev hərəyə iki dəfə fərqləniblər. Digər qollara isə Oruc Baxşəlizadə və Kənan Manafov imza atıb.