Xəbərlər

Cüdoçularımız Bakı “Böyük dəbilqə” turnirində 4 medala sahib olublar

Noyabrın 5-də Heydər Əliyev adına İdman Sarayında startı verilmiş cüdo üzrə Bakı "Böyük dəbilqə" turnirinə yekun vurulub.

"Neftçi İdman Klubu”nun cüdoçusu Məmmədəli Mehdiyev yarışda əzmlə mübarizə apararaq finala vəsiqəni təmin edib. Doxsan kiloqram çəki dərəcəsində çıxış edən idmançımız bu yolda ardıcıl olaraq Con Jayne (ABŞ), Goki Tajima (Yaponiya) və Luka Maysuradzeyə (Gürcüstan) qalib gəlib. Cüdoçumuz həlledici final qarşılaşmasında yaponiyalı Kosuke Maşiyama ilə üz-üzə gəlib. Rəqibinə qızıl xal bölümündə cərimə xalları hesabına məğlub olan Məmmədəli Mehdiyev gümüş medala layiq görülüb.

Xatırladaq ki, mötəbər turnirin ilk iki günündə cüdoçularımızdan Orxan Səfərov (66 kq) qızıl, İçinxorloo Muntsxedev (57 kq) gümüş, Hidayət Heydərov (73 kq) və isə bürünc medal qazanıb.

Beləliklə, klubumuzun yetirmələri "Böyük dəbilqə" turnirinin 1 qızıl, 2 gümüş və 1  bürünc medalına sahib olublar.

Qeyd edək ki, Bakı "Böyük dəbilqə” turnirində 29 ölkədən 196 cüdoçu (129 kişi, 67 qadın) medallar uğrunda yarışıb. Azərbaycan turnirdə 33 cüdoçu (25 kişi, 8 qadın) ilə təmsil olunub.

Cüdoçularımız Bakı “Böyük dəbilqə” turnirində 4 medala sahib olublarCüdoçularımız Bakı “Böyük dəbilqə” turnirində 4 medala sahib olublarCüdoçularımız Bakı “Böyük dəbilqə” turnirində 4 medala sahib olublar