Xəbərlər


"Böyük dəbilqə" turnirindən daha bir medal

Heydər Əliyev adına İdman Sarayında keçirilən Bakı "Böyük dəbilqə" beynəlxalq turniri davam edir.
"Neftçi İdman Klubu"nun cüdoçuları Bakıda keçirilən "Böyük dəbilqə" turnirinin ikinci yarış gününündə bir bürünc medala yiyələniblər. Təmsilçimiz  Hidayət Heydərov (73 kq) İlk qarşılaşmada almaniyalı Mixael Adamı məğlub etsə də, dörddəbir finalda rusiyalı Mahmadbek Mahmadbekovla bacarmayıb. O, təsəlliverici görüşdə qırğızıstanlı Ertut Turdubayevi məğlubiyyətə uğradıb. Cüdoçumuz bürünc medal görüşündə Almaniyanın digər təmsilçisi Lukas Vennekoldanı da mübarizədən kənarlaşdıraraq üçüncü yeri tutub.
Xatırladaq ki, turnirin birinci günündə klubumuzun yetirmələrindən Orxan Səfərov (66 kq) qızıl, İçinxorloo Muntsxedev (57 kq) isə gümüş  medala sahib olub.
Beləliklə, 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan Azərbaycan millisi aktivində 3 qızıl, 1 gümüş, 3 bürünc medal olan Yaponiya komandasından sonra ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, nüfuzlu yarışda ümumilikdə 29 ölkədən 196 cüdoçu (129 kişi, 67 qadın) mübarizə aparır.  Azərbaycan millisi bu turnirdə 33 cüdoçu ( 25 kişi, 8 qadın) ilə təmsil olunur.
"Böyük dəbilqə" turnirindən daha bir medal"Böyük dəbilqə" turnirindən daha bir medal"Böyük dəbilqə" turnirindən daha bir medal
"Böyük dəbilqə" turnirindən daha bir medal
"Böyük dəbilqə" turnirindən daha bir medal
"Böyük dəbilqə" turnirindən daha bir medal
"Böyük dəbilqə" turnirindən daha bir medal